EN

Almaniya Ukraynaya 3 milyard avro dəyərində hərbi yardım paketi hazırlayıb

Almaniya Ukraynaya təxminən 3 milyard avro dəyərində hərbi yardım paketi hazırlayıb. Hazırda onun sürətli maliyyələşdirilməsi müzakirə olunur. Bunu Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Berlində Ukraynanın müdafiə naziri Rustem Umerovla birgə mətbuat konfransı zamanı deyib. Pistoriusun qeyd etdiyi kimi, Almaniya bu il büdcəsindən 4 milyard avro ödənişi təsdiqləyib.

"Biz onları davamlı və etibarlı şəkildə həyata keçiririk, bir daha vurğulayıram: əgər biz nəyisə elan etmişiksə və bunun üçün pul ayırmışıqsa, o, həyata keçiriləcək. Bundan əlavə, təxminən 3 milyard avro dəyərində paket hazırlamışıq", - o deyib.

Almaniyalı nazir izah edib ki, bu 3 milyard avroluq paketin sürətli maliyyələşdirilməsi hazırda CDU/CSU və SPD partiyaları arasında davam edən ilkin danışıqların mövzusudur.

"Mən, əlbəttə ki, Ukraynaya ehtiyacı olan əlavə yardımı təmin etmək üçün burada tez bir həll tapmağın çox tərəfdarıyam", - Pistorius vurğulayıb.

Onun sözlərinə görə, artıq Ukraynaya üç Patriot ATGM və altı IRiS-T SLM və SLS zenit-raket kompleksi gətirilib.

Artıq söz verildiyi kimi, bu il daha üç IRIS-T, SLS və üç IRIS-T SLM sistemi tədarük ediləcək.

"Əgər biz 3 milyardlıq paketi maliyyələşdirməyi bacarsaq, biz də əlavə hava hücumundan müdafiə sistemlərini, o cümlədən əlimizdə olan və artıq təhvil verdiyimiz sistemlər üçün müvafiq raketləri planlaşdırırıq və bu, xüsusilə amerikalıların yenicə həyata keçirdikləri tədarüklərin dondurulmasını nəzərə alaraq, getdikcə daha vacib olur", - Almaniyanın müdafiə naziri əlavə edib.

Əziz Mustafa, Oxuməni.az

Chosen
17
oxumeni.az

1Sources