EN

Türkiyə ordusu Ukraynaya yerləşdirilə bilər? -AÇIQLAMA

Vətəninfo.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindəki mənbələr türk hərbçilərinin Ukraynada sülhməramlı missiyanın tərkibində yerləşdirilməsi ilə bağlı iddialara toxunaraq, belə bir missiyanın konseptual səviyyədə müəyyən edilmədiyini qeyd ediblər.

Vurğulanıb ki, belə bir addım regional sabitlik və sülhün təmin edilməsi üçün zəruri hesab edilərsə, Türkiyənin Qara dənizi sülh dənizi kimi saxlamağa və Ukraynanın yenidənqurma səylərini dəstəkləmək öhdəliyi bütün müvafiq tərəflərlə koordinasiyalı şəkildə qiymətləndiriləcək.

Avropa təhlükəsizlik arxitekturasına gəlincə, Türkiyə Müdafiə Nazirliyi NATO və ATƏT-in üzvü kimi Türkiyənin Avropa təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Nazirlik Türkiyənin Aİ-nin müdafiə təşəbbüslərində iştirakına mane olan siyasi maneələri tənqid edərək, xüsusilə Avropanın artan təhlükəsizlik narahatlıqlarını nəzərə alaraq belə bir mövqenin yanlış olduğunu qeyd edib.

Chosen
51
veteninfo.az

1Sources