EN

ABŞ və Ukrayna martın 12-də Səudiyyə Ərəbistanında görüşəcək

ABŞ və Ukrayna nümayəndə heyətləri martın 12-də Səudiyyə Ərəbistanında görüşəcək. Bu barədə Axios-un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat verib

"ABŞ və Ukraynanın yüksək rütbəli rəsmiləri gələn çərşənbə günü Səudiyyə Ərəbistanında görüşəcəklər, iki mənbə mənə deyir", - o, X-də yazıb.

Müxbirin qeyd etdiyi kimi, dünən görüşlə bağlı razılıq əldə olunub.

Öz növbəsində, Fox News-un jurnalisti Jackie Heinrich X-də yazıb ki, ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff və milli təhlükəsizlik müşaviri Mayk Vals gələn həftə çərşənbə axşamı Ər-Riyada gedəcək və Ukrayna nümayəndə heyəti ilə görüşəcək.

Əziz Mustafa, Oxuməni.az

Chosen
13
oxumeni.az

1Sources