EN

Oyan Sanset – La Liqada fevral ayının ən yaxşı oyunçusu!

İspaniya millisinin və “Atletik”in hücumameyilli yarımmüdafiəçisi Oyan Sanset İspaniya La Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Sanset fevralda “Atletik”in heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb. O, bu oyunlarda 6 qol vurub, komandası isə 2 heç-heçə və 2 qələbəyə imza atıb.

Bu, Sansetin La Liqada ilk belə uğurudur. O, cari mövsümdə ayın ən yaxşısı seçilən ilk “Atletik”li futbolçudur. Əvvəlki aylarda bu uğura imza atmış bütün mükafatçıların siyahısı belədir:

Avqust 2024 – Rafinya (“Barselona”)
Sentyabr 2024 – Lamin Yamal (“Barselona”)
Oktyabr 2024 – Robert Levandovski (“Barselona”)
Noyabr 2024 – Vinisius Junior (“Real”)
Dekabr 2024 – Cud Bellingem (“Real”)
Yanvar 2025 – Kilian Mbappe (“Real”)

Xatırladaq ki, Oyan Sanset “Osasuna”nın yetirməsi olsa da, peşəkar karyerasına məhz “Atletik”də başlayıb. O, cari mövsümdə Bilbao klubunun heyətində 26 oyuna çıxıb, 14 qol vurub, 3 məhsuldar ötürmə verib. İspan futbolçu komandasının cari mövsümdəki ən məhsuldar oyunçusudur. Sanset “Atletik”in heyətində bütövlükdə 183 oyun keçirib, 39 qola sevinib, 18 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi “Atletik”in heyətində 2020/2021-ci illər mövsümündə İspaniya Super Kubokunun, 2023/2024-cü illər mövsümünd isə İspaniya Kubokunun qalibi olub.

Sanset 2023-cü ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyun keçirib, 1 qol vurub. O,

“Transfermarkt” internet-portalı 24 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Chosen
37
arena.az

1Sources