EN

"S&P Global Ratings" Azərbaycanın xarici borcu ilə bağlı proqnozunu açıqlayıb

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2025-ci il üçün ümumi xarici borcuna dair proqnozunu açıqlayıb.

Finss.az-ın məlumatına görə, reytinq agentliyi Azərbaycanın xarici borcunun ümumilikdə 6,6 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Hesabata əsasən, ölkənin uzunmüddətli xarici borcu 1,8 milyard dollar, qısamüddətli xarici borcu isə 4,8 milyard dollar təşkil edəcək.

Agentlik qeyd edib ki, Azərbaycanın xarici borclanma səviyyəsi beynəlxalq miqyasda aşağı hesab edilir. 2025-ci il üçün uzunmüddətli xarici borclanma qlobal borclanmanın cəmi 0,3%-ni, ümumi borc isə 0,2%-ni təşkil edəcək. Bu göstərici əksər ölkələrlə müqayisədə müsbət qiymətləndirilir.

Chosen
6
4
fins.az

5Sources