EN

Bakıxanov körpüsünün fasadı məktəblilərin başına uça bilər - VİDEO

Paytaxtın bir sıra küçə və prospektlərində qarlı havadan sonra yaranan çuxurlarla bağlı xəbərlər dərc etmişdik. Lakin yaranan problemlər təkcə çuxurlar yox, eləcə də körpü və yerüstü keçidlərdə də müşahid edilir.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal və Nəsimi rayonlarının birləşdiyi ərazidə, Bakıxanov körpüsündə ayranan vəziyyət vətəndaşlarda narahatlıq yaradıb.

Belə ki, yağmurlu havalardan sonra körpünün fasadında ciddi problemlər üzə çıxıb. Fasad örtüyündə olan daşlar hər keçən gün qoparaq aşağı düşür. Ərazidə 60 nömrəli tam orta məktəbin də varlığını düşünsək, məktəblilərin bu hissədən yolu keçməsi olduqca təhlükəli vəziyyət yaradır.

Redaksiyamıza məktəbin valideynlərindən birinin göndərdiyi videodan da aydın olduğu kimi, körpünün hər iki tərəfinin fasad hissəsi məktəblilər, eləcə də yaşlılar üçün çətin anlar yaşada bilər.

Məsələ ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza açıqlamasında deyib ki, Bakıxanov küçəsindəki eyni adlı körpüdən qoparaq tökülən fasad daşları həm də sürücülər üçün təhlükəlidir:

“Ümumiyyətlə, yaxşı olardı ki, Bakı şəhəri ərazisində yollar, körpülər, yol ötürücüləri ilə bağlı vaxtaşırı monitorinqlərin aparılması mütləqdir. Payız mövsümündən başlamalı olan monitorinqlər qış mövsümünə hazırlıq əhəmiyyəti daşıyacaq. Qışda havanın yağıntılı olması yol infrastrukturuna öz kənar təsirlərini mütləq göstərir.

Qış mövsümü başa çatdıqdan sonra isə paytaxtdakı körpü, tunel, səkilərinin vəziyyəti ilə bağlı təkrar monitorinq keçirib qismən zədələnən, iqlim səbəbilə eroziyaya məruz qalan nəzərdə tutulan tikintilərə yenidən baxış keçirilməlidir”.

Sakinlər isə aidiyyəti qurumların tezliklə problemi həll edəcəyinə ümid edir.

Səfər

Chosen
13
avtosfer.az

1Sources