EN

Tram sülh sazişi ilə bağlı açıqlama verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynanın Rusiya ilə sülh sazişi bağlamaqdan başqa seçimi olmayacaq. O, Oval kabinetdə çıxışı zamanı həm Ukraynanın, həm də Rusiyanın razılığa gəlməyə məcbur olacağını qeyd edib.

QHT.az xəbər verir ki, Trampın sözlərinə görə, amerikalı müzakirəçilər son günlər Ukrayna və Rusiya ilə irəliləyiş əldə ediblər. O, Putin və Zelenski ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına gedib-getməyəcəyini hələlik bilmədiyini bildirib.

Mətbuatda ABŞ və Ukrayna arasında danışıqların martın 11-də Ər-Riyadda keçiriləcəyi bildirilir. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff görüşdə sülh sazişi və ilkin atəşkəsin müzakirə ediləcəyini açıqlayıb.

 

R.İmanov

Chosen
16
qht.az

1Sources