EN

Millimizlə oyuna çağırılmadığı üçün yığma karyerasını bitirdi

“Zirə”nin sabiq futbolçusu Brayan Alseus milli karyerasını başa vurub.

Msport.az xəbər verir ki, bunu 29 yaşlı yarımmüdafiəçi sosial şəbəkə vasitəsilə açıqlayıb.

Alseusun bu qərarı almasına səbəb Alseusun Haiti millisinə çağırılmaması olub. Haiti yığmasının Azərbaycanla keçiriləcək yoldaşlıq görüşü üçün heyətinə dəvət edilməyən hücumameyilli futbolçu artıq millidə oynamayacağını bəyan edib.

Qeyd edək ki, Brayan Alseus 2022-ci ilin ilk 6 ayında “Zirə”nin formasını geyinib.

Chosen
41
msport.az

1Sources