Azərbaycanı UFC-də (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) təmsil edən Rafael Fiziyev rəqibi, ABŞ idmançısı Castin Qeyci ilə baxış dueli keçirib.
Offsideplus.az xəbər verir ki, UFC313 yarışı ərəfəsində hər iki döyüşçü azarkeşlər və mətbuat nümayəndələri qarşısına çıxaraq, ənənəvi təşkil olunan bu dueldə göz-gözə gəliblər.
Bir-birinin əlini sıxaraq gülümsəyən idmançılar tədbir iştirakçılarının eşitməyəcəyi tonda bir neçə söz işlədiblər.
Qeyd edək ki, Fiziyev və Qeyci arasndakı döyüş martın 9-da ABŞ-ın Las Veqas şəhərindəki "T-Mobile Arena"da baş tutacaq. Yüngül çəkidə mübarizə aparan həmvətənimiz reytinqdə 11-ci yeri tutur. Onun rəqibi isə öz çəki dərəcəsind 3-cü ən güclü idmançıdır. İki il öncə bu döyüşçülər arasında Londonda gerçəkləşən döyüşdə Qeyci hakimlərin qərarı ilə qalib gəmişdi.