EN

Mourinyo: “Tur hələ bitməyib”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasında “Reyncers”ə uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəsssi 1:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məğlubiyyətə layiq idik. Onlar yaxşı oynadı, biz çox səhv etdik. İrəlidə imkanlarımız olsa da, qollar vura bilmədik. Bütün fərdi mübarizələri uduzduq. Tur hələ bitməyib. 1:3 geridəyik və daha 90 dəqiq var”.

Komandalar arasındakı cavab görüşü martın 13-də olacaq.

Chosen
26
futbolpress.az

1Sources