Yeni tədqiqat Homo erectusun Afrikanı ilk tərk edən insan növü olması nəzəriyyəsinə meydan oxuyur.
QHT.az xəbər verir ki, 1991-ci ildə Gürcüstanın Dmanisi şəhərində tapılan 1,8 milyon illik qalıqların filogenetik analizi göstərib ki, bu hominidlər nə H. erectus, nə də H. ergaster ilə birbaşa əlaqəlidir.
Tədqiqatçılar Dmanisi qalıqlarının iki fərqli insan növünə aid olduğunu müəyyən ediblər: biri H. georgicus, digəri isə hələ adı açıqlanmayan bir növdür. Bu tapıntılar, Afrikadan ilk çıxan insan növü məsələsinə yenidən baxılmasını tələb edə bilər.
R.İmanov