EN

Allahverdiyeva dünya çempionatının medalına iddialıdır

Ayan Allahverdiyeva Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatında medal qazanmaq şansını qoruyur.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı sonuncudan əvvəlki turda Joka Qaal (Macarıstan) ilə oyunda vacib qələbə qazanıb.

Xalını 7,5-ə çatdıran Allahverdiyeva ikinci yerə yüksəlib. O, lider Anna Şuxmandan (FIDE) yarım xal geri qalır.

Allahverdiyeva sonuncu - 11-ci turda yeddi xalla 8-ci yerdə qərarlaşan Afruza Xamdamova (Özbəkistan) ilə qarşılaşacaq.

Ä°dman.biz

Chosen
22
idman.biz

1Sources