
Avstraliyada 17 yaşlı bir yeniyetmə, Avalon Hava Limanından Sidneyə uçmaq üçün qalxmağa hazırlaşan Jetstar təyyarəsində sərnişinləri silahla təhdid edib. “Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarə havaya qalxmaq üzrəykən, digər sərnişinlər və ekipaj üzvləri dərhal müdaxilə edərək, gənci yerə yıxıb və silahını əlindən alıblar.Avstraliya polisi bildirib ki, gənc şəxs əvvəlcə təhlükəsizlik çəpərini aşaraq təyyarənin yanına yaxınlaşıb, sonra isə ön qapıya yaxınlaşaraq sərnişinlər tərəfindən tərksilah edilib. Yeniyetmənin kimliyi hələlik açıqlanmayıb, amma o, həbs olunub və gənclər məhkəməsinə çıxarılacaq.Bu uğurlu müdaxilə nəticəsində təyyarə heç bir təhlükə ilə üzləşməyib.Rəxşəndə İkramlı
Diqqət Çəkənlər
Səfir Trampı tənqid etdiyi üçün vəzifəsindən azad edilib
Sərin hisslər, sərt həqiqətlər: Xərçəngə aparan yol
Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub