Xəzər dənizində zəlzələ baş verib.
Bolgə.TV xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 08:22-də baş verən zəlzələ 4 maqnitudada olub.
Yeraltı təkanların ocağı 44 kilometr dərinlikdə yerləşib.