Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişib.
Futbolpress.az xəbər verir ki, bu mərhələdə təmsilçisi olmayan Azərbaycan 19,625 əmsalla 30-cu pillədə yer alıb.
Bu, əvvəlki siyahı isə müqayisədə bir sıra geriləmə deməkdir.
UEFA reytinqində 29-cu sırada Bolqarıstan (19,875), 28-də isə Sloveniya (19,968) qərarlaşıb.
Reytinqə 107,910 əmsalla İngiltərə başçılıq edir.