Güvəndiyim dağlara,
Qar olmaqdır devizin.
De indi hansı dağa
Söykənim mən, əzizim?
Söndürdün ocağımı,
Boş qoydun qucağımı
Aldım alacağımı,
Daha nə var, əzizim?
Tutunduğum budaqlar
Qırıldı bir-bir, bax gör.
Sən əsən soyuq yel tək
Sovrulub getdin, nə qor?