EN

"Qadınlar öz biznesini qurmaq istəyir, lakin haradan başlamalı olduqlarını bilmirlər" - QHT sədri

"Qadın və Müasir Dünya” Mərkəzinin direktoru Südabə Şirəliyeva QHT.az-a açıqlamasında region qadınlarının iqtisadi və sosial həyata inteqrasiyası ilə bağlı vacib məsələlərə toxunub.

Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən layihələr əsasən region qadınlarını əhatə edir və onların bilik və bacarıqlarının artırılmasına yönəlib. Südabə Şirəliyeva bildirib ki, ötən il layihələrin əhatə etmədiyi rayonlardan olan qadınlar da belə təşəbbüslərdə iştirak etmək üçün müraciət ediblər. Lakin bu sahədə müəyyən çətinliklər mövcuddur. Əsas problemlərdən biri region qadınlarının informasiyadan kənar qalmasıdır. Bu isə onların iqtisadi fəaliyyətə qoşulmasını və icma həyatında iştirakını məhdudlaşdırır:

"İqtisadi fəaliyyətdə və icma həyatında iştirak zamanı gender bərabərsizlikləri, regionlarda iqtisadi artım və icmanın inkişafı üçün imkanların itirilməsi ilə nəticələnir. İqtisadi çətinliklərdən qurtarmaq üçün hər bir qadın öz biznesini qurmağa çalışır. Lakin nədən və necə başlamaq üçün biliklər və bacarıqlar yetərli olmur. Buna görə də – yəni bilik və bacarıqların artırılması üçün informasiya və treninq proqramları təşkil etmək lazımdır və bunun üçün bizə müraciət edənlər çoxdur. Qadınların regionların sosial-iqtisadi inkişafında rolunun gücləndirilməsi, kiçik şəhərlərdə və kənd yerlərində özəl sahibkarlığın gücləndirilməsi, məşğulluq və sosial fəaliyyət məsələlərində bir alternativ olaraq qadınların öz biznesini yaratmaq və öz işlərini qurmağı təşviq etmək, əmək bazarında qadınların rolunun artırılmasıdır".

Mərkəzin rəhbəri vurğulayıb ki, qadın sahibkarların uğur hekayələri mediada və qadın iştirakçıları arasında az işıqlandırılır, buna görə də, bir çox qadınlar kimə örnək olacağını, bu və ya digər fəaliyyət növünün nə qədər əmək tutumlu olduğunu, ev təsərrüfatlarında həyata keçirilən müxtəlif öhdəliklərə nə dərəcədə uyğun olduğunu bilmirlər:

"İlk mərhələdə maliyyə resurslarının mövcudluğu ilə bağlı alternativ məlumatların çatışmazlığı var. Bu da qadınların ilham almaq və özünə inam qazanmaq imkanının olmamasına gətirib çıxarır. Rəqəmsal iqtisadiyyatın inkişafındakı problemlər də biznes sektorunda qadınlar üçün müsbət biznes imkanları və əlverişli mühit yaranmasına mane olan amillərdir".

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
25
qht.az

1Sources