EN

İsrail ABŞ və Azərbaycanla “strateji müttəfiqlik” çərçivəsində üçtərəfli əməkdaşlığa can atır

İsrail baş nazirinin ofisindən verilən məlumata görə, İsrail, Azərbaycan və ABŞ arasında üçtərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaratmaq məqsədilə İsrail ABŞ-la davamlı danışıqlar aparır...

Poliqon xəbər verir ki, bu barədə İsrailin The Yerusalem” qəzeti məlumat yayıb.

Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sahələrində əməkdaşlığı əhatə edən əlaqələri olan Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir”, deyə qəzet İsrailin baş naziri Benyamin Netanyahuya istinadən yazır.

Nəşr qeyd edir ki, bu bəyanat dünən Knessetin plenumunda Şas partiyasından olan Knesset üzvü Simon Moşiaşvilinin irəli sürdüyü təklifə cavab olaraq verilib.

“İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin yenilənməsi” mövzusunda müzakirələr zamanı baş nazir vurğulayıb ki, Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sahələrində əməkdaşlığı əhatə edən əlaqələri olan Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir.

Hökumət adından çıxış edən milli missiyalar naziri Orit Strok qeyd edib ki, İsrail və Azərbaycan arasında münasibətlər qarşılıqlı maraqlara və çoxillik dostluğa əsaslanan unikal tərəfdaşlıq üzərində qurulub. Strokun sözlərinə görə, İsrail AzərbaycanABŞ ilə əməkdaşlığı gücləndirməyə davam edəcək və onu pozmaq cəhdlərinə qəti şəkildə qarşı çıxacaq.

Azərbaycanla strateji müttəfiqliyin müasirləşdirilməsi zərurəti müzakirənin təşəbbüskarı olan Moşiaşvili Azərbaycanla strateji müttəfiqliyin modernləşdirilməsinin zəruriliyi məsələsini qaldırıb və ölkənin İbrahim sazişləri çərçivəsində daxil edilməsi imkanlarını araşdırıb. Deputat absurd vəziyyət adlandırdığı “İbrahim sazişi imzalanmazdan əvvəl İsraillə müharibədə olan ölkələrin imzalandıqdan sonra dərhal müxtəlif iqtisadi və qoruyucu stimullar alması”na işarə edib. Moşiaşvili qeyd edib ki, uzun müddətdir regional təhlükəsizlik arxitekturamızın mühüm tərkib hissəsi olan Azərbaycan Amerika sanksiyalarından əziyyət çəkir.

Moşiaşvili Azərbaycanda yəhudi icmasının unikal statusunu xüsusi vurğulayaraq, onu “nümunəvi, fəal, firavan və xüsusilə vahid icma” və dünyada yeganə müsəlman ölkəsində tam dövlət dəstəyi ilə mövcud olan icma adlandırıb. Yəhudi siyasətçi bildirib ki, Azərbaycan yeganə müsəlman ölkəsidir ki, İsrail dövlətinin tanınması təkcə hakim elita ilə məhdudlaşmır, bütövlükdə əhali arasında dərin kök salıb.

Həmçinin Moşiaşvili çıxışında xatırladıb ki, 7 oktyabr hücumlarından sonra da Azərbaycandan olan müsəlman vətəndaşlar İsrailin Bakıdakı səfirliyinə gələrək gül və xatirə şamları gətirərək öz dəstəyini nümayiş etdiriblər.

Parlemantar həmkarının sözlərinə dəstək olaraq Strok qeyd edib ki, ölkələr arasında dialoq həm də qarşılıqlı səfərlər, o cümlədən İsrail Prezidentinin Azərbaycana səfəri və Azərbaycanın Milli Təhlükəsizlik Müşavirinin İsrailə səfəri ilə özünü göstərir.

“Bu əlaqələr İsrailin regionda müttəfiqlikləri gücləndirmək və digər müsəlman ölkələri ilə körpülər qurmaq kimi daha geniş regional siyasətinə uyğundur”, deyə Strok əlavə edib.

Poliqon.info

Chosen
5
2
poliqon.info

3Sources