EN

Çin XİN rəhbəri: Çin-Rusiya dostluğunun tarixi məntiqi dəyişməyəcək – ÖZƏL

Beynəlxalq şəraitin dəyişməsinə baxmayaraq, Çin və Rusiya arasındakı dostluğun tarixi məntiqi dəyişməyəcək, onun daxili hərəkətverici qüvvəsi isə zəifləməyəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər naziri Van İ cümə günü bəyan edib.

O bildirib ki, Çin və Rusiya tarixi təcrübəni dərindən təhlil edərək, əbədi dostluq qurmaq, hərtərəfli strateji koordinasiya həyata keçirmək və qarşılıqlı faydalı əməkdaşlıq aparmaq qərarına gəliblər.

"İki ölkə münasibətlərində qarşıdurmadan və üçüncü tərəflərə qarşı yönəlməmək prinsipindən çıxış edir. Çin və Rusiya arasındakı yetkin, dayanıqlı və sabit münasibətlər heç bir hadisənin təsiri altında dəyişməyəcək və üçüncü tərəfin müdaxiləsinə məruz qalmayacaq", - deyə Van İ vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, 2025-ci ildə İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi qeyd olunacaq və Çinlə Rusiya bu müharibədə mühüm rol oynayıb.

"2023-cü ildə iki ölkə diplomatik münasibətlərin qurulmasının 75 illiyini qeyd etdi və dövlət başçıları üç dəfə görüşərək strateji tərəfdaşlığı möhkəmləndirdi. 80 illik yubiley çərçivəsində ölkələr tarixi həqiqəti müdafiə etməyi, müharibənin nəticələrini qorumağı və BMT-nin beynəlxalq sistemini dəstəkləməyi hədəfləyir", - deyə Van İ əlavə edib.

Qeyd edək ki, Çin Xalq Nümayəndələri Yığıncağının (ÇXR-in ali qanunverici orqanı) 14-cü çağırışının üçüncü sessiyası martın 6-da Pekində başlayıb və martın 11-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
olaylar.az

1Sources