Türkiyəli məşhur güləşçi Rıza Kayaalp 4 il müddətinə yarışlardan kənarlaşdırılıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar verib.
Buna səbəb isə onun qadağan olunmuş maddələrdən istifadə etməsidir. İdmançı bədənə əlavə güc verən preparatlar qəbul edib.
Rıza Kayaalp açıqlamasında isə mübarizəni davam etdirəcəyini bildirib: “Karyeramı bitirmişəm. Amma görünən odur ki, mənimlə mübarizə aparmaq istəyənlər var. Mənim istifadə etdiyim dərman ağrılarımı azaltmaq üçün olub. Müalicə aldığım vaxt onları qəbul etmişəm. Dünya Güləş Birliyi uğurlu karyerama ləkə vurmaq istəyir. Amma bununla hüquqi mübarizə aparacam”.
Qeyd edək ki, Rıza Kayaalp 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olub. O, üç dəfə isə Yay Olimpiya Oyunlarının mükafatçıları sırasına düşüb (1 dəfə gümüş, 2 dəfə bürünc medal).
"Cebheinfo.az"