Sea Breeze

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının təşkilatçılığı, “Əsgərə Xatirə layihəsinin”və Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə “8 mart Beynəlxalq Qadınlar”günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının – şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.

Tədbirdə Müdafiə Nazirliyinin ehtiyyatda olan polkovniki, Azərbaycan Respublikası Müharibə,Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri Cəlil Xəlilov,
Millət vəkili Vüqar İskəndərov, Müdafiə Nazirliyinin şəxsi heyyət baş idarəsinin şəhid-qazi-hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə müdiri Zümrüd Səmədova, əməkdar aktrisa Kübra Əliyeva, şəhid Abdurrəhmanov Sübhanın qəhrəman anası Mehriban xanım, XTQ kapitanı, qazi Famil Məlikov, ən gənc alim, xeyriyyəçi, fəal üzvü Aydan Rüstəmxanlı digər ictimai siyasi xadimlər,gənc fəallar iştirak ediblər.

Tədbirdə “Əsgərə xatirə kitabı” layihəsinin bir qrup fəxri üzvləri “Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi işindəki xidmətlərinə görə” Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı tərəfindən təltif olunublar.

Layihə rəhbərliyi çıxışı zamanı tədbirin ərsəyə gəlməsində dəstək olan, “Əsgərə xatirə” layihəsinin fəxri üzvlərinə, cəsur və zərif qəhrəmanlarına, iş adamlarına, sahibkarlara, mədəniyyət xadimlərinə, digər idarə, müəssisə və təşkilatlara, tədbirin keçirilməsində dəstək verərək ev sahibliyi edən Azərbaycan Respublikası Müharibə,Əmək və Silahlı Qüvvələr Veyeranları təşkilatına xüsusi minnətdarlığını bildirmişdir.

Tədbirin yekun hissəsində çıxış edən layihə rəhbəri Nuranə Şıxəliyeva qarşıdan gələn Beynəlxalq Qadınlar günü münasibəti ilə öz təbriklərini çatdırıb. Qeyd edib ki, indi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. N.Şıxəliyeva diqqətə çatdırıb ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qadınlar üçün geniş imkanların yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi sahəsində çox mühüm işlər görülmüşdür.

Güc birlikdə, sevgi həmrəylikdədir!
Qələbəmiz əzəli və əbədi olsun!

ETX
ETX
ETX