EN

Beşqat dünya çempionu 4 illik diskvalifikasiya edildi


Beynəlxalq Dopinq Test Agentliyi (ITA) yunan-roma güləşi üzrə beşqat dünya çempionu, türkiyəli güləşçi Rıza Kayaalpı 4 illik diskvalifikasiya edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, idmançı 2028-ci il iyunun 30-dək yarışlardan kənarlaşdırılıb.
Belə ki, ondan 28 may 2024-cü il tarixdə trimetazidin üçün götürülən dopinq testi müsbət çıxıb. Nəticədə, Kayaalpın həmin tarixdən bütün nəticələri ləğv edilib. O, bu səbəbdən Paris Olimpiadasında da iştirak edə bilməyib.
Chosen
12
1
yeniavaz.com

2Sources