Azərbaycanı Niderlandın Eyndhoven və Belçikanın Lommel şəhərlərində keçiriləcək açıq çempionatlarda 22 taekvondoçu təmsil edəcək.
Apasport.az xəbər verir ki, idmançılar taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında mübarizə aparacaq.
Qeyd edək ki, Niderlanddakı 52-ci açıq turnir martın 8 və 9-da baş tutacaq. Belçikadakı yarış isə martın 15-də keçiriləcək.
Taekvondoçularımız “Fujairah Open” beynəlxalq turnirində 6 medal qazanıblar
Üç taekvondoçumuz Türkiyədə medal qazanıb
Taekvondo hakimlərimiz Türkiyədə mükafatlandırılıb
Taekvondoçumuz Türkiyə Açıq beynəlxalq turnirində bürünc medal qazanıb
Taekvondoçumuz Türkiyədə gümüş medal qazanıb