EN

İrəvan KTMT-yə borcunu ödəməzsə, nə olacaq?

Əgər Ermənistan 2025-ci ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə öz töhfəsini ödəməsə, o zaman təşkilata üzv ölkələr müxtəlif ssenarilər nəzərdən keçirə bilər, lakin yəqin ki, heç kimi ölkədən çıxarmayacaqlar”.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

O qeyd edib ki, artıq digər ölkələrin texniki, maliyyə və digər səbəblərdən borclanması halları olub.

2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın KTMT-də iştirakını dondurduğunu elan edib. Bundan əlavə, Ermənistan təşkilatın büdcəsinə öz töhfəsini verməyi, təşkilatın tədbirlərinə və təlimlərinə nümayəndələrini göndərməyi dayandırıb.


Telegram kanalımız
Chosen
25
1
yenisabah.az

3Sources