EN

Yanvar-fevral aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 7,1% azalıb

Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 34,68 milyard dollar təşkil edib.

Çindən Rusiyaya ixrac 2 ayda 10,9% azalaraq 14,95 milyard dollara düşüb.

2024-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi rekord həddə çatıb və keçən il Çin Rusiyaya ixracı 4,1% artıraraq 244,81 milyard dollar təşkil edib. 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 240,11 milyard dollara çatıb.

Chosen
16
marja.az

1Sources