Türkiyəli güləşçi Rıza Kayaalp 4 il müddətinə idmandan uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, Avropa və dünya çempionu millinin düşərgəsində ağrılarını azaltmaq üçün ağrıkəsicidən istifadə edib. Bu isə qadağan edilmiş maddə olub və nəticədə güləşçi 4 il müddətinə diskvalifikasiya cəzası alıb.
Onun 28 may 2024-cü ildən bəri əldə etdiyi bütün nəticələr ləğv edilib. 36 yaşlı idmançı məsələ ilə bağlı apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, türkiyəli güləşçinin dopinqdən istifadə etməsi aşkarlanmış və buna görə R.Kayaalp Paris-2024 Yay Olimpiya Oyunlarına qatıla bilməmişdi.
Xatırladaq ki, karyerası ərzində 130 kq. və 120 kq.-da çıxış etmiş Rza Kayaalp 5 qat Dünya və 12 qat Avropa çempionudur. O, Bakı 2015 Avropa Oyunlarında qızıl medalın sahibi olub.