EN

“Qəbələ”nin sabiq futbolçusu ölkəsinə qayıtdı

Vaxtilə Azərbaycanda çıxış etmiş Klesio Bauk karyerasını ölkəsində davam etdirəcək.

Msport.az xəbər verir ki, Mozambik millisinin futbolçusu “Black Bulls” klubuna keçib.

30 yaşlı yarımmüdafiəçi yeni komandası ilə rəsmi müqavilə imzalayıb. “Black Bulls” keçidi rəsmi saytı vasitəsilə açıqlayıb.

Qeyd edək ki, Klesio Bauk 2019-20 mövsümündə və 2024-cü ildə “Qəbələ”də, 2020-21 mövsümündə isə “Zirə”də çıxış edib.

Chosen
39
msport.az

1Sources