EN

KTMT Ermənistandan təşkilatdan çıxmasına dair bildiriş almayıb

Bakı, 7 mart, AZƏRTAC

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə töhfə vermir və təşkilatın tədbirlərində iştirak etmir, amma onun sıralarını tərk etdiyini də rəsmən açıqlamayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib. O qeyd edib ki, Ermənistan 2025-ci ilin sonunadək KTMT büdcəsinə öz töhfəsini ödəməsə, iştirakçı ölkələr “müxtəlif ssenariləri” nəzərdən keçirə bilər, amma bu respublikanın təşkilatdan çıxarılması müzakirə olunmur.

A.Pankin vurğulayıb ki, İrəvanla gələcək qarşılıqlı fəaliyyətin modalları ilə bağlı sual yarana bilər.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakını “dondurduğunu” və təşkilata qayıtmaq ehtimalının getdikcə azaldığını bəyan edib. Bununla belə, Pankin qeyd edib ki, Ermənistanın təşkilatdan çıxması ilə bağlı Moskvaya rəsmi bildiriş daxil olmayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
12
azertag.az

1Sources