Qadınlar arasında futbol üzrə İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Publika.az xəbər verir ki, "Barselona" "Real"ı məğlub edib. Görüş Kataloniya klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, "El Klasiko" tarixində qadın futbolu komandalarının 17-ci dueli olub. "Barsa" bütün görüşlərdə qalib gəlib. Vurulan toplarda ümumi hesab 63:6-dır.
Qeyd edək ki, bu komandalar arasında keçiriləcək cavab oyunu martın 12-də baş tutacaq.