EN

Ermənistan pul ödəməsə aqibəti necə olacaq?

Əgər Ermənistan 2025-ci ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə öz vəsaitini ödəməsə, o zaman təşkilata üzv ölkələr müxtəlif ssenarilər nəzərdən keçirə bilər, lakin yəqin ki, heç kimi qurumdan çıxarmayacaqlar”.

“Cebhenfo.az” xəbər verir ki, bunu “Novosti”-yə açıqlamasında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

“2026-cı il yanvarın 1-nə elə bir vəziyyət yarana bilər ki, iki il ödəniş olmasa, ölkələr müxtəlif ssenariləri nəzərdən keçirə bilər”, - Pankin bildirib.

O qeyd edib ki, artıq digər ölkələrin texniki, maliyyə və digər səbəblərdən borclanması halları olub.

2024-cü ilin fevralında Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın KTMT-də iştirakını dondurduğunu elan edib. Bundan əlavə, Ermənistan təşkilatın büdcəsinə öz töhfəsini verməyi, təşkilatın tədbirlərinə və təlimlərinə nümayəndələrini göndərməyi dayandırıb.

Chosen
10
1
cebheinfo.az

3Sources