EN

Türkiyə şirkəti Astanada aqrar-sənaye kompleksinin yaradılmasına 320 milyon dollar investisiya yatıracaq

Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov "Kazak Protein" MMC-nin baş direktoru Yıldız Köksal Salih ilə görüşündə Astanada taxıl və paxlalı bitkilərin dərin emalı müəssisəsinin yaradılması ilə bağlı cari məsələləri müzakirə edib.

Bu barədə "Report"un Qazaxıstan bürosu "KazakhInvest" milli şirkətinə istinadən xəbər verir.

"Görüş çərçivəsində “Tiryaki Agro” türk holdinqinin Astana şəhərində həyata keçirdiyi inteqrasiya olunmuş aqro-sənaye kompleksinin tikintisi layihəsinin əsas mərhələləri nəzərdən keçirilib. Layihəyə ümumi investisiya həcmi 320 milyon dollar təşkil edəcək. Onun reallaşdırılması 500-dən çox iş yerinin yaradılmasına imkan verəcək", - məlumatda qeyd edilib.

Layihə Qazaxıstanda emal sənayesinin inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və xarici investisiyaların cəlb edilməsinə töhfə verən 17 strateji layihə siyahısına daxil edilib.

Chosen
10
report.az

1Sources