EN

Heydər Əliyev qeyri-adi, istedadlı şəxsiyyət və dövlət xadimi olub – Mariya Zaxarova

“Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin Rusiya paytaxtında abidəsinin ucaldılması Moskva və Bakı üçün mühüm mədəni-humanitar hadisə olacaq. Ulusal.az xəbər verir ki, bu fikirləri  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Bilirsiniz ki, biz ölkəmizdə bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyət və dövlət xadiminin xatirəsini qoruyur və ona böyük hərarətlə yanaşır və hörmətlə yanaşırıq.”, – Rusiya XİN sözçüsü deyib.

Zaxarova xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirləri keçirilib.

“Abidənin təməl daşı yenicə qoyulub, rəmzi kart qoyulub və abidənin qoyulması ilə bu, ölkələrimiz üçün mühüm mədəni-humanitar hadisəyə çevriləcək”, – diplomat əlavə edib.

Chosen
41
2
moderator.az

3Sources