Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklaravə bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 10,9milyard manat təşkil edib.
Bu barədə Trend AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 1,4 milyardmanat və ya 15,2%, bir il əvvəlki göstərici ilə müqayisədə isə 4milyard manat və ya 57,6% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarın 1-nə AMB-nin banklara vəbank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 9,4milyard manat, 2024-cü ilin fevralın 1-nə isə 6,9 milyard manattəşkil etmişdi.