EN

Starship sınaq uçuşundan bir neçə dəqiqə sonra PARTLADI – ABŞ 4 hava limanında bütün uçuşları LƏĞV ETDİ – VİDEO

Starship (Ulduz gəmisi) sınaq uçuşunun başlamasından bir neçə dəqiqə sonra partlayıb. ABŞ-nin dörd hava limanında uğursuz buraxılış bütün uçuşların ləğv edilməsinə səbəb olub.

212 metr uzunluğundakı Starship sistemi ET 18:30-da Texas ştatının Brownsville yaxınlığındakı SpaceX Starbase-dən buraxılıb. Bu, səkkizinci sınaq uçuşu idi. Lakin cəmi 8 dəqiqədən sonra gəminin yuxarı pilləsi hələ də sürətlənərkən bir neçə mühərrik dayandı. Canlı görüntülərdə gəminin fırlandığı və daha sonra mühəndislərin onunla əlaqə kəsildiyi görünür.

Bu arada Florida hava limanlarına, o cümlədən Hollivud və Mayami Beynəlxalq Hava Limanlarına “kosmik zibil” səbəbindən bütün təyyarələri yerə endirmək və planlaşdırılmış uçuşları ləğv etmək əmri verilib. İlon Maskın şirkəti bildirib ki, bugünkü uçuş Starship-in etibarlılığını artırmaq üçün əlavə dərslər verəcək.

Oxşar vəziyyət yanvarın 17-də Starship-in sınaq uçuşu zamanı baş verib. Gəmi havaya qalxdıqdan az sonra partladı və o zaman Karib dənizi üzərində uçan sərnişin təyyarələri onun qalıqlarından yayınmalı oldular.

Chosen
39
1
interpress.az

10Sources