EN

İsrail Türkiyəyə qarşı yeni plan hazırlayıb – Bunun üçün 1 milyard xərcləyib

Terrorçuların sözdə lideri Abdullah Öcalanın PKK-nın tərksilsah edilməsi ilə bağlı tarixi çağırışından sonra İsrail Suriyadakı druzları Türkiyəyə qarşı qaldırmaq üçün bir plan hazırlayıb.

“AzPolitika”xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, İsrail sözügedən plan üçün 2024-cü ilin dekabr ayından bu yana 1 milyard dollardan çox pul xərcləyib.

Qeyd olunur ki, PKK-nın Suriyadakı lideri Şahin Cilo bu planı dəstəkləsə də, druzilərin lideri Xodor Qadban İsraili özlərinin əzəli düşməni adlandırıb və Tel-Əvivlə əməkdaşlıq edənləri Əsəd tərəfdarı adlandırıb.

“Dürzilər bu xəyanətin bir parçası olmayacaqlar”, - deyə o, qeyd edib.

Suriya inqilabının mühüm müqavimət qruplarından biri olan Sultan Murat Diviziyasının komandiri Fehim İsa deyib ki, İsrail son bir ayda Set Tişrin-Karakozak təmas xəttinə onlarla druz yerləşdirib:“Bunu həm sahə kəşfiyyatı, həm də dinləmə və monitorinqimizlə müəyyən etdik. İsrailin izlədiyi strategiya çox aydındır. Onlar həm druzları, həm də PKK-nı müttəfiq etmək və druzları burada öldürmək üçün təzyiq və təbliğat vasitəsi kimi istifadə etmək istəyirlər Bu ölümlər vasitəsilə inqilab yaratmağa, Türkiyəyə qarşı çıxmağa çalışırlar”.

“AzPolitika.info”

Chosen
17
azpolitika.info

1Sources