EN

Kazımovski küçəsində piyada səkisini zəbt edən, binaya bitişik obyekt kimindir?- Fotofakt

Bakı şəhəri, Nəsimi rayonu, M. Kazımovski küçəsi aparılan qanunsuz tikintiyə niyə göz yumulur?

media-200

Yeni Gundem” xəbər verir ki,  Mirmahmud Kazımovski küçəsində piyada yolları zəbt olunaraq yeni obyekt inşa olunur.

media-28

Nəsimi  rayonunda qanunsuz tikinti meydançası olmasına baxmayaraq, paytaxtda yeni plana uyğun tikinti işləri aparılması bildirlsədə M. Kazımovski küçəsində  binaya bitişik obyekt tikillir.

media-20

Məhəllənin daxilində qanunsuz tikinti davam edir. Müraciət edilən heç bir qurum da vəziyyətlə maraqlanmır deyə sakinlər bildiriblər. Həmin ərazidə yaşıllığın olmasını sakinlər təsdiqlədi, gecə ilə ağaclar kəsildi deyə qeyd ediblər.

media-23

 Nəsimi icra hakimiyyətnin başçısı olmasa belə  qanunsuz tikintilərə “yaşıl işıq” yandırılıb.  Tikintitiyə niyə  müdaxilə edilmir? Sələhiyyətli şəxslər var amma nədənsə qanunsuz obyektin tikintisinə  göz yumulur və bu qanunszuluğa qarşı heç bir tədbir görülmür.

media-202

Məsələni aydınlaşdırmaq üçün  Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq lakin zənglərimizə cavab verən olmadı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də münasibət bildirmədilər. Eyni qayda ilə Bakı şəhər İcra Hakimiyyətidə qanunsuz tikinti ilə bağlı heç bir açıqlama verilmədi.

Qeyd edək ki,  Nəsimi icra hakimiyyətinin başçsı olmuş Asif Əsgərov Milli Məclisin deputatı seçilib, və bu günə qədər icra hakimiyyətinin başçısının səlahiyyətlərini müavin icra edir.

Qurumların munasibətini dərc etməyə hazırıq.XALQ.AZ

media-207

media-204media-206

Chosen
27
2
yenigundem.az

3Sources