EN

NBA: “Boston Seltiks”dən doğma meydanda asan qələbə

Bakı, 7 mart, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən gecə daha 9 qarşılaşma təşkil olunub.

Günün mərkəzi görüşündə “Boston Seltiks” evdə “Filadelfiya”nı 123:105 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb. Meydan sahiblərinin heyətində Ceyson Tatum 35, Peyton Priçard 19, Baylor Şeiermen 15, Torrey Kreyq və Derrik Uayt isə hərəyə 12 xal toplayıb. Qonaqlarda isə Kelli Oubre 27, Lonni Uolker 17, Castin Edvards isə 14 xalla yadda qalıb.

Bu nəticədən sonra “Boston Seltiks” Şərq Konfransının turnir cədvəlində 2-ci, “Filadelfiya” isə 12-ci pillədə yer alıb.

Matçların nəticələri

“Orlando Mecik” - "Çikaqo Bullz" – 123:125

“Atlanta Huks” - “İndiana Peysers” – 124:118

“Nyu Orlean Pelikans” - "Hyuston Rokets" – 97:109

“Bruklin Nets” - "Qolden Steyt Uorriors" – 119:121

“Boston Seltiks” - “Filadelfiya” – 123:105

“Los-Anceles Leykers” - "Nyu-York Nik" – 113:109.

Chosen
5
azertag.az

1Sources