ABŞ 240 ton ağırlığında dünyanın ilk pilotsuz gəmisini suya buraxıb. “USX-1 Defiant” adlanan gəmi avtonom hərbi missiyalar üçün nəzərdə tutulub və ekipaj olmadan tapşırıqları yerinə yetirə biləcək.
Herbiand.az bildirir ki, gəminin tikintisi 2025-ci ilin fevralında başa çatıb və indi sınaqlar aparılacaq.
54 metr uzunluğunda olan Defiant göyərtəsində adam tələb etməyən yeni nəsil gəmilərin birincisi olacaq. Pilotsuz nəhəngi yaradan NOMARS proqramı dəniz əməliyyatlarına yanaşmanı kökündən dəyişdirən inqilabi istiqamətdə liderdir. İnnovativ gəmilərdə ekipajın olmaması xərclərin azaldılmasına, işin yaxşılaşdırılmasına və etibarlılığın artırılmasına imkan verir. Dizayn uzunmüddətli aşınmaya yüksək dərəcədə davamlıdır və gəmilərin gizli qalmasına və təhdidlərə davamlı olmasına imkan verir.
2025-ci ilin yazında başlayacaq sınaqlar zamanı mütəxəssislər gəminin real tapşırıqlara nə dərəcədə hazır olduğunu yoxlayacaqlar.
Bəxtiyar CƏFƏRLİ