EN

Səbinə Əliyeva: Aidiyyəti dövlət qurumlarının müəssisələrinə ümumilikdə 352 başçəkmə həyata keçirilib

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının müəssisələrinə ümumilikdə 352 başçəkmə həyata keçirilib.

Bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzənin təqdimatı zamanı deyib.

O qeyd edib ki, başçəkmələrdən 108-i plandankənar olub:

"Başçəkmələr zamanı saxlanılan şəxslər konfidensial qaydada qəbul edilmiş, onların hüquqlarının təmini vəziyyəti öyrənilmiş, müraciətləri araşdırılıb, bəzi məsələlər yerində həll olunub, zəruri hallarda aidiyyəti dövlət qurumlarına müraciətlər edilib, habelə əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə Ombudsmanın tövsiyələrinin icra vəziyyəti yoxlanılıb.

Həmin müəssisələrdə ixtisaslı kadr, o cümlədən həkim çatışmazlığının olduğu, vakant ştatların komplektləşdirilməsinə ehtiyacın yarandığı müəyyən olunub".

Chosen
25
5
aznews.az

6Sources