EN

Tanınmış güləşçi: Özümə söz vermişəm ki, tələbələrim Olimpiadalarda qızıl medallar qazanacaq

Bakı, 7 mart, AZƏRTAC

“Güləşdəki uğurları çox şeyi qurban verərək qazanmışam”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın tanınmış yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.

Veteran güləşçinin sözlərinə görə, güclü idmançı olmaq istəyən şəxs sağlamlığına və gündəlik rejiminə diqqət ayırmalıdır: “Mən uşaqlıqdan buna riayət etmişəm. Güclü idmançı olmaq hədəfi ilə yola çıxan insan daim öz üzərində işləməli, ciddi rejimdə çalışmalıdır. Şükürlər olsun ki, Olimpiya Oyunları istisna olmaqla, digər yarışlarda medal əldə etmişəm. İndi özümə söz vermişəm ki, tələbələrim Olimpiadalarda qızıl medallar qazanacaq”.

Prezident İlham Əliyevin daim idmanı diqqətə saxladığını vurğulayan T.Məmmədov əlavə edib: Dövlətimizin başçısı hər zaman idmançıların yanındadır, idmanın inkişafı üçün əlindən gələni edir. Biz döyüşkən və mübariz xalq kimi formalaşmışıq. Bu cür millətdən güclü idmançı yetişdirmək rahatdır”.

Qeyd edək ki, Taleh Məmmədov Avropa ikincisi və dünya üçüncüsü olub.

Chosen
17
1
azertag.az

2Sources