EN

Ürək üçün təhlükəli olan vitaminlər və qida əlavələri bunlardır

Bəzi vitaminlərin həddindən artıq miqdarda qəbulu ürək-damar sisteminə zərər verə bilər.

Editor.az xəbər verir ki, bunu kardioloq İosif Şubitidze açıqlamasında deyib. O bildirib ki, orqanizmdə E vitamini artıq olduqda insult riski artır.

“Yüksək dozada E vitamini ürək üçün təhlükəli ola bilər. Tədqiqatlar göstərir ki, həddindən artıq E vitamini qəbulu ürək xəstəliyi və insult riskini artıra bilər. Bunun səbəbi, E vitamininin qanın laxtalanmasına təsir göstərə bilməsi və damar sisteminin vəziyyətinə mənfi təsir göstərməsidir. Yüksək dozada A vitamini də zəhərlidir. Onun artıqlığı qan təzyiqinin artması və ürək fəaliyyətinin tənzimlənməsinin pozulması kimi özünü göstərə bilər. Unutmamaq lazımdır ki, A vitamini əlavələrdən deyil, təbii mənbələrdən, məsələn, tərəvəz və meyvələrdən (kök, ispanaq, şirin kartof kimi) almaq daha yaxşıdır”, – deyə həkim bildirib.

Həkimin sözlərinə görə, Omeqa-3 vitamin olmasa da, çoxu zərərli ola bilər: ” Böyük miqdarda qəbul edildikdə, ürək ritminin pozulmasına və kardiyomiyositlər (ürəyin əzələ hüceyrələri) arasında impulsların keçirilməsinə kömək edir. Digər məşhur əlavə kaliumdur. Bu, ürək-damar sisteminin fəaliyyətində əsas rol oynayan həyati vacib mikroelementdir. Ürək ritmini tənzimləməyə və qan təzyiqini normal səviyyədə saxlamağa kömək edir. Yüksək kalium səviyyəsi ciddi ürək ritminin pozulmasına və hətta ürəyin dayanmasına səbəb ola bilər”.

Sonda həkim xəbərdarlıq edib: “Yadda saxlamalısınız ki, hər hansı əlavələrdən istifadə etməyə başlamazdan əvvəl, xüsusən də ürək xəstəliyiniz varsa, həkiminizlə məsləhətləşməlisiniz”.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
18
3
editor.az

4Sources