EN

“Probasiya haqqında” yeni qanun qəbul edilə bilər

“Probasiya haqqında” yeni qanun qəbul edilməlidir.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

 

“Azadlıqdan məhrumetmə deyil, məhdudlaşdırma tədbirləri-“cəza bilərziyi”nin tətbiqi mütərəqqi hadisədir. Probasiya Xidmətinin yaradılması təkcə büdcə vəsaitlərini qorumur, həm də şəxsin yaxınlarından və cəmiyyətdən təcridsiz islahına xidmət edir. Məlumat üçün deyək ki, hazırda şərti məhkum edilən 3519 adama elektron nəzarət vasitəsi tətbiq edilib və Xidmət fəaliyyət dairəsini, rəqəmsal monitorinqi, sosial adaptasiya və bərpa tədbirlərini gücləndirir. “Probasiya haqqında” yeni qanun qəbul edəriksə, cəza siyasətində alternativ qərarların dairəsi genişlənər“,-millət vəkili bildirib.

 
Firuzə Əliyeva

Chosen
9
1
sfera.az

2Sources