EN

"Bavariya" Kimmixi saxlamağı bacardı

style='margin-bottom:10px;'>

"Bavariya" futbolçusu Coşua Kimmixlə yeni müqavilə imzalamağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq məlumat yayıb.

Münhen təmsilçisi artıq 30 yaşlı yarımmüdafiəçi ilə razılaşıb. Yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Coşuanın əvvəlki müqaviləsi isə bu ilin yayına qədər idi.

Qeyd olunur ki, Kimmix əvvəllər PSJ-yə transfer olmaq variantını nəzərdən keçirsə də, daha sonra diqqətini klubu ilə yeni müqaviləyə yönəldib

"Bavariya"nın tezliklə bu razılaşmanı rəsmən açıqlayacağı gözlənilir. 

Qeyd edək ki, Kimmix Almaniya Bundesliqasının cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.

Chosen
9
teleqraf.com

1Sources