EN

AFFA həkimi 5 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi 1 həkim və 2 futbolçuya sanksiya tətbiq edib.

Əvəzedicilər liqasının XXV turunda “Sumqayıt-2” ilə oyun bitdikdən sonra hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Qarabağ-2”nin futbolçusu Nihad Mollayev 4 oyunluq cəzalandırılıb, klubu 300 manat cərimələnib.

AFFA Gənclər Liqasında “Dinamo” ilə görüşdə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alan “Şamaxı”nın oyunçusu Şahin Xəlilov hakimi təhqir etdiyi üçün qarşıdakı 4 turu buraxmalı olacaq.

Futzal üzrə Yüksək Liqanın XI turunda “Araz Naxçıvan”la matçdan sonra hakimi təhqir edən “Baku Fire”nin həkimi Cəlal Əliyev 5 oyunluq cəzaya məruz qalıb.

Chosen
77
msport.az

1Sources