“Şəhid ailələrindən indiyə qədər 15 mindən çoxuna fərdi mənzil tikilib, təqdim dilib. Onun 6 mindən çoxu 44 günlük Vətən müharibəsindən sonrakı dövrə düşür. Bu, olduqca böyük rəqəmdir”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Əli Məsimli deyib.
O bildirib ki, bu il və növbəti ildə bu siyahının qapanması və şəhid ailələrinin hamısının mənzillə təmin edilməsi mümkündür.
Günay Şahmar, Bziim.Media