EN

Məruzədə Qərbi Azərbaycan üzrə fəaliyyət müstəqil fəsildə verilsin-Komitə sədrİ

"Ombudsman hesabatında sabiq prezident  Levon Ter Petrosyanın 30 il sonra yayılan bədnam çıxşına hüquqi qiymət verib. Təqdirəlayiq addımdır". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib: "Qərbi Azərbaycana dinc qayıdışın hüquqi prinsipləri illik Məruzəyə daxil olunub. Alqışlanacaq hadisədir. Təklif edirik ki, Müvəkkil institutun Qərbi Azərbaycan üzrə fəaliyyəti həm ayrı struktur vahidi, həm də hesabatlılıq baxımından müstəqil bir fəsildə verilsin. Beynəlxalq əməkdaşlıq sahəsində Müvəkkil xarici siyasətimizin mühüm mandata malik təmsilçisi kimi genişmiqyaslı işlər həyata keçirib. Biz təklif edirik ki, xüsusilə də dövlət adamlarının xaricdən yayılan, idarə olunan terror mediası tərəfindən linç edilməsinə qarşı Müvəkkilin  Fransa, Almaniya, İsveçrə və digər ölkələrin müvafiq təsisatları ilə daimi işi həyata keçirilsin.  Məruzədə irəli sürülən 81 təklif dövlət orqanlarının işinin təkmilləşdirilməsinə və daha effektli koordinasiyasına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
olaylar.az

1Sources