EN

ADSEA Kürdəxanıda su itkilərini araşdırır

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində su itkilərinin araşdırılması aparılır.

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində su itkilərinin araşdırılması aparılır.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun Nəzarət Ölçü Cihazları İdarəsi xüsusi cihazlar vasitəsilə su itkilərinin araşdırılmasını həyata keçirir.

Suyun səmərəli idarə olunması və dayanıqlı təchizatın təmin edilməsi məqsədilə bu istiqamətdə işlər davam etdirilir.

Chosen
14
5
operativmedia.az

6Sources