EN

Azərbaycan Qran-prisinə marşal qeydiyyatı başlayıb - FOTO

Formula 1 Qatar Airways Azərbaycan Qran-prisinə marşal qeydiyyatı başlayıb.

Bu barədə məlumatı İdman.biz-ə Bakı Şəhər Halqasından veriblər.

Sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hiss etmək istəyənlər və yaşı 21-dən yuxarı olanlar Marşal Proqramına qoşula bilər. İştirakçılara beynəlxalq rəsmi lisenziya təqdim olunacaq.

Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, Formula 1 Qran Prisi və digər avtomobil idman yarışlarında iştirak etmək imkanı verəcək.

Qeyd edək ki, ötən il Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.

İdman.biz

Chosen
34
11
idman.biz

10Sources