EN

“TRAMPIN RUSİYA AGENTİ OLDUĞUNU GÖSTƏRƏN 5 ƏLAMƏT VAR” - VİDEO

Məşhur ABŞ senatorundan ilginc açıqlamalar

ABŞ Prezidenti Donald Trampın vəzifəyə gəldiyi gündən, xüsusilə də son həftədə Ukrayna ilə bağlı verdiyi qərarlar, açıqlamalar, eləcə də atdığı konkret addımlar onun Rusiyanın maraqlarına xidmət etdiyi, hətta Rusiya agenti olduğuna dair xeyli iddialara və müzakirələrə səbəb olub.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin Oriqon ştatından olan məşhur senator Ceff Merklinin Konqresdəki dinləmələrdə dedikləri böyük marağa səbəb olub. Merkli dinləmələr zamanı Tramp administrasiyasının ABŞ Dövlət Departamentinə vəzifələr üçün irəli sürdüyü namizədlərə suallar ünvanlayıb.

Trampın Rusiya ilə mümkün əlaqələri məsələsini qaldıran senator, Prezidentin Ukrayna ilə bağlı son qərarlarını sadalayıb və namizədlərdən belə bir siyasətin Moskvanın maraqlarına uyğun olub-olmadığını soruşub. 

Chosen
23
azpolitika.info

1Sources