SEPAH-ın Tehrandakı dəniz mərkəzlərindən birində baş verən partlayış nəticəsində 1 əsgər həlak olub, 10 yanğınsöndürən yaralanıb.
Bu barədə İran mediası SEPAH-ın ctimaiyyətlə əlaqələr bölməsinə istinadən məlumat yayıb.
"Hadisə əvvəlcə hərbi mərkəzdəki bir konteynerin içərisində yanğınla başlayıb, daha sonra yanğınsöndürənlər yanğını söndürərkən partlayış baş verib",- rəsmi məlumatda bildirilib.
Partlayış nəticəsində həlak olan SEPAH üzvünün Mürtəza Abdullahi olduğu açıqlanıb.
Qeyri-rəsmi məlumatlar və bir sıra müxalif sosial media kanalları partlayışın təxribat nəticəsində meydana gəldiyini iddia ediblər.
visiontv.az